Affiliate Marketing nədir?

Yatdığın yerdən pul qazanmaq əla olardı yəqinki? :) Bunun affiliate marketing ilə mümkün olduğunu bilirmi bəs? Affiliate marketing internetdən pul qazanmaq üçün əla yollardan biridir.

Affiliate Marketing nədir?

Affiliate Marketing bir növ satış ortaqlığı mənasına gəlir. Məhsulların, xidmətlərin, veb səhifələrin reklamlarını edən və hər satışdan komisiya alaraq internettən pul qazanmağınız üçün bir yoldur.

Bir satış ortağı bir nəfər olmağı vacib deyil. Bir şirkət və ya bir neçə şəxsdə ola bilər.

Ümumi olaraq, Affiliate Marketing sistemində üç tərəf vardır. Bunlar:

  • Tədarükçü - Məhsulun və ya markanın əsas sahibdir

  • Satış ortağı - Reklamı edən tərəf. Yəni insanları bu məhsulu almaq üçün təsiredici gücə sahib olan tərəfdir. Adətən bunlar bloggerlər, instagram influencerləri vəya satış ortaqlığı edən şirkətlər ola biilir.

  • Müştəri - bu tərəf məlum, bildiyiniz müştərilərdir.

Amazon, BestBuy, Aliexpress, eBay, Hostinger kimi şirkətlər mövzumuza aid çox yaxşı misallardır. Bu istiqamətdə iş görənlər çox olduğu üçün, seçim edib sizə ən uyğun olanını seçmək imkanlarınız vardır.

Affiliate Marketing, performans yönümlü olduğundan digər kanalların əksinə tədarükçülərə daha yüksək bir ROİ (Return of İnvestment) gətirir. Yəni, təkcə ziyarətlər əvəzinə real müştərilər üçün ödəmə edirlər. 

Tədarükçülər tərəfindən istifadə edilən ödəmə üsulları:

  • CPS - hər satışa görə ödəmə

  • CPL - müştəriyə çevirməyə görə ödəmə

  • CPC - hər klikə görə ödəmə

  • CPA - hər davranışa (action) görə ödəmə