Jack Ma'dan uğurlu həyat tövsiyyələri

“Əgər uğurlu olmaq istəyirsinizsə, bədəlini ödəməlisiniz. Heç bir şey müftə deyil, heç bir şey asan deyil. Fərqli düşünməlisiniz!

Jack Ma'dan uğurlu həyat tövsiyyələri

Sabahımız üçün həll yolu gənclərdir. Bütün narahatlıqlarımız üçün həll yolu gənclərdir.

Əgər gənclərin yanında dayansanız enerji dolu olarsınız.

Amma gənclərə verəcəyim tövsiyyə eyni zamanda özümə də verəcəyim tövsiyyədir ki, o da heçbir şeyin asan olmadığı, heçbir şeyin müftə olmadığıdır.

Əgər uğurlu olmaq istəyirsinizsə, bədəlini ödəməlisiniz.

Alibabanın 18 ildən bu günə qədərki böyüməsi - bəli biz şanslı idik. Amma biz çox insandan daha çox çalışdıq. Biz əsla yaxşı bir yuxu yatmadıq. Keçən illərdə mən 867 saat uçuşlarda olmuşam. Mən çox çalışıram, komandamda çox çalışır. 

Biz 70 illik normal bir şirkətmiş kimi 18 ildir gecə-gündüz çalışırıq.

 

Heç bir şey müftə deyil, heç bir şey asan deyil.

Fərqli düşünməlisiniz! Fərqli davranmalısınız! 

 

Şirkətimdə ilk zamanlar, masama bəzi fikirlər - Jack, bu çox mükəmməl fikir - olaraq gəldiyində mən hərkəsə baxıram və hərkəs bunun çox yaxşı fikir olduğunu deyirsə, o fikri zibil qabına atıram. Çünki hərkəs yaxşı olduğunu düşündü. Əgər hərkəs - Bu həqiqətən çox çətin olacaq - deyərsə, o fikir ilə həqiqətən maraqlanaram və o kağızı alıb - Necə bir fərqli yoldan bunu edə bilərik? - deyirəm. 

Bu əvəzsiz olmaq bu fərqli olmaqdır.

Və üçüncü tövsiyyəm odur ki, eyni zamanda bunu hər gün özümə də deyirəm - Bu gün çox çətin, sabah daha da çətin, bir sonrakı gün isə gözəl olacaq. Amma çox insan sabah axşamda təslim olur. İşi ortada qoyur. Çox çalışmağın lazım, hər çətin gün, hər çətin vəziyyət, qarşılaşdığın hər çətin problem sənin öz məşqindir, inkişafındır. 

Universitetdən məzun olduğun zaman öyrənmə karyeranın daha yeni başlanma mərhələsidir. Sən doktorluq diplomu aldıqda, bakalavr diplomu aldıqda, bunlar sadəcə 4 il boyunca sənin ailənin ödəməsinin sertifikatıdır. Sənin əsas çətinliyin, universitetdən çıxdıqdan sonrakı gerçək həyat başlayar. Gerçək imtahan başlayar. Gerçək test başlayar. - Bu həyatdır. Dediyim kimi əgər tələbələr uğursuz olarsa, dünyadakı insanların 99.9%-i uğurlu ola bilməz. Sadəcə sən bu özgüvənə sahibsən. Sən gələcəkdəki bu çətinliklərlə üzləşə biləcəksən. 

Əgər 20-30 yaşlarındasansa, özünə yaxşı bir rəhbər tap, çox yaxşı bir şirkət olmağına ehtiyac yoxdur. Müdirindən, rəhbərindən o işi necə edəcəyini öyrən. 

30-40 yaşlarına çatdıqda, əgər həqiqətən istəyirsənsə özün bir iş qurmağa çalış.

40-50 yaşlarına çatdıqda, yaxşı bildiyin işləri et, 20 illik öyrənmə mərhələsindən sonra yaxşı etməyi bildiyin nələrsə mütləq olmalıdır.

50-60 yaşlarına çatdıqda, vaxtını gəncləri dəstəkləməyə xərclə. 

60 yaşına çatdıqda isə, nəvələrinlə vaxt keçir. Çox insan normalda belədir.

Məzun olarkən vəya universitetdə ikən - Mən universiteti tərk edib Bill Gates kimi olmaq istəyirəm, çünki Bill Gates Harvadrı tərk elədi - deyə düşünmə. Bu dünyada sadəcə bir Bill Gates var. Məzun olduqdan sonra bir şirkət tap, ən vacibi səni öyrədə biləcək, disiplinə sala biləcək, nəyin doğru ola biləcəyini deyə biləcək bir rəhbər, müdir tap. Bu yaxşı bir şirkətdən daha yaxşıdır. Təbii ki, yaxşı bir şirkət yaxşı bir rəhbərə sahibdir. Və sonra həyatına davam et. 

Hər şey doğru bir ortaqlıqdan ibarətdir!”