Push və Pull Marketing nədir?

Push və Pull marketing, şirkətlərin marketing planlamaları zamanı müştərilərə necə yanaşdığına uyğun olaraq fərqlilik göstərən marketing strategiyalarıdır.

Push və Pull Marketing nədir?

Ənənəvi marketingdə geniş yayılmış bu iki strategiya, gündən-günə dəyişən tətbiqlərlə birlikdə rəqəmsal marketing dünyasında yerini alıb.

Push marketing nədir?

Push marketing, şirkətlərin istehsal etdiyi məhsullar və təklif etdikləri xidmətləri müştərilərə tərəf göndərdikləri marketing həlli kimi başadüşmək olar. Billboard reklamları, televizor reklamları, broşur/buklet paylamaq push marketing həllərinə misal ola bilər.

Aşağıdakıları da push marketing-ə aid edə bilərik:

  • Eventlər və Konvensiyalar
  • Paketləmə və Display
  • Mağaza daxili kampaniyalar və etiketli satışlar

Promo işləri çərçivəsində təqdim edilən məhsul və xidmətin dəyəri, keyfiyyəti və bazarda yaradacağı fərqlər vurğulanır. Məqsəd hər hansı bir əlaqə yaratmaq yox sadəcə olaraq məhsulu satmaqdır. Yüksək büdcə tələb edən push marketing həlləri gözlənilən nəticəni verməyə bilər.

Bunun səbəbi həmin həllin çatacağı istehlakçı qruplarıdır. Bu marketing həlli ilə aşağıdakı istehlakçı qruplarına çatmağa çalısılır:

  • Məhsuldan / Xidmətindən məlumatı olan və satın almaq istəyən istehlakçılar
  • Məhsuldan / Xidmətindən məlumatı olan amma satın almağı düşünməyən istehlakçılar
  • Məhsuldan / Xidmətidən yeni məlumat alan və satın almağı düşünən istehlakçılar
  • Məhsuldan / Xidmətindən yeni məlumat alan və satın almağı düşünməyən istehlakçı

Pull marketing nədir?

Pull marketing isə müştərilərin şirkətlərə (satışı edənlərə) gəlməsini təmin edir. Yəni müştərilər, hansı məhsulu satın almaq istədiklərini bilir. Bu marketing həllinə ən gözəl misal online alışveriş saytları ola bilər. (Amazon, eBay, Aliexpress və.s). 

Bu kimi saytları ziyarət edən istifadəçi, satın alacağı məhsulu bu saytlarda tapa biləcəyini bilir və doğrudan məhsulu satın almaq üçün hərəkətə keçər.

Ancaq bu marketing strategiyasında yeni müştəri qazanmaq mümkün deyildir. Sadəcə məhsulu və ya xidməti bilən və satın almaq məqsədi olan istehlakçı əlaqəli sayta yönləndirilə bilər. Amma hədəflənən istehlakçı kütləsi daha limitli olduğu üçün marketing büdcəsi kontrollu olaraq istifadə edilir.

 

Rəqəmsal marketingdə Push və Pull marketing həlləri

Rəqəmsal marketing kampaniyaları ilə push ya da pull marketing işlərini etmək mümkündür.

Display reklamlar ya da e-mail marketing, push marketing üçün yaxşı misallar ola bilər. Bu iki reklam tipində məqsəd, təqdim edilən məhsul və ya xidmətləri müştərilərə çatdırmağa çalışmaqdır. Hədəf kütlə yerinə ümumi istifadəçi profili üzərindən hazırlanır. Digər bir baxışla sizin məhsul və ya xidmətlərinizlə maraqlanmayan istifadəçilər də bu reklamları görə bilər.

Digər tərəfdə SEO işləri, klikləmə başına ödəmə və sosyal mediya marketing pull marketing işlərinə misal olaraq verilir. Xüsusilə sosial mediya işləri, müştəriləri hərəkətə gətirmək və məhsul və ya xidməti satın almaq üçün sizə gəlməsini təmin etməyə kömək edə bilər.