Stoksuz satış / Dropshipping

E-ticarət şirkətlərinin məhsul satışı metodlarından biri olan drop shipping, xüsusilə aşağı sərmayəsi olan və ya e-ticarətə yeni başlamış olan startuplar tərəfindən tez-tez istifadə edilir.

Stoksuz satış / Dropshipping

Nədir Dropshipping? / və ya Stoksuz satış nədir?

Dropshipping, stoksuz satış olaraq ifadə edilir. Firma, məhsul stokları saxlamaq yerinə, sayt üzərindən vəya sosial media üzrəindən gələn sifarişləri tədarükçü firmaya yönləndirir və tədarükçü anbarı üzərindən sifarişləri idarə edir. Beləliklə, firma məhsul stoku saxlamadan, anbar uçotu etmədən, tədarükçülərin məhsullarını satır.

Alıcılar e-ticarət saytına daxil olduqda fərqli məhsullar görə bilər və bu məhsulları satın ala bilər. Arxa planda isə satıçı şirkət, gələn sifarişləri tədarükçü şirkətə yönləndirir və məhsulun alıcıya göndərilməsini təmin edir. 

Stoksuz satış / Dropshipping avantajları

Dropshipping / drop-shipping işi görən firmaların anbara ehtiyacları yoxdur. Anbar ehtiyacı olmadığına görə firmaların anbar və stok uçotu kimi işlərlə məşğul olmaq məcburiyyəti qalmır. Beləliklə, iş yüklərini azaltmış olurlar və eyni zamanda maliyyətləridə azalmış olur.

Anbar sistemi olmadığına görə əlavə işçi ehtiyacıda yaranmaz və bu da yenə maliyyə xərclərinin azaldılması deməkdir.

Tək bir tədarükçüyə bağlı qalınmadığı üçün, fəqrli tədarükçülərdən fərqli məhsullar alınaraq, sayt üzərindən geniş həcmli bir məhsul kateqoriyasına mühit yyaranmış olur.

Məhsul çeşidliliyinin artması ilə daha geniş hədəf kütləyə çatması mümkün olur.

Anbar uçot sisteminin olmaması və məhsul qablaşdırma/çatdırılma edilməməsi hesabına, internet əlaqəsinə sahib olan hərhansı bir yerdən e-ticarət saytını idarə edə bilər, sifariş təqib edələrək, tədarükçülərlə əlaqəyə keçilərək məhsul sifariş veriləbilər. Və eyni zamanda bu işi sosial media hesabları üzərindən də edə bilərsiniz.

Stoksuz satış / Dropshipping dezavantajları

Məhsullar tədarükçü tərəfdə olduğuna görə siz məhsullar haqqında tam dolğun məlumatlara sahib olmaya bilərsiniz. Beləki, müştərinin aldığı və ya alacağı məhsulda problemlərlə qarşılasması halında ona siz cavab verməli olacaqsınız. Bunun üçündə satacağınız məhsullar haqqında dolğun məlumatlar əldə etməyiniz şərtdir. Yəni, “məhsulu tədarükçü göndərib mənim məsuliyyətimdə deyil” kimi bir fikirdə olmağınız sizin müştəri məmnuniyyətinizə ziyan verə bilər.

Məhsulların çatdırılması işini tədarükçü ilə eyni zamanda etməyiniz vacibdir. Əks halda məhsulun çatmaması, gec göndərilməsi kimi problemlərlə qarşılaşa bilərsiniz.

Stoksuz satışlar / Dropshippingdə aşağı karlılıq ilə iş görmə ehtimalınız çoxdur. Bir çox firma bu şəkildə iş gördüyü üçün, satışlarını artırmaq üçün məhsullar üzərinə çox az qazanc qoyaraq satış etməyə çalışır. Rəqabətdə burada öz sözünü deyəcək. Bu aşağı marja uzun zamanlı satışda karlılığın artmasına mane ola bilər.

Nələrə diqqət etmək lazımdır?

Stoksuz satış / Dropshipping etmək istəyirsinizsə, əvvəlcə işləyəcəyiniz tədarükçü firmaları düzgün seçməlisiniz. Anbar və stok idarəetməsini düzgün edən, məhsul göndərilməsində güvənə biləcəyiniz firma ilə işləmək uzun zamanlı işinizi daha yaxşı etməyinizi təmin edəcək.

Satacağınız vəya satdığınız məhsul haqqında çox yaxşı məlumatlı olmağınızda çox önəmlidir. Beləliklə, satışdan əvvəl və sonra müştərilərə lazımı dəstəyi verə bilərsiniz və bu isə sizin müştəri məmnuniyyətinizi artıra bilər.